Müsəlmanlar

Bilmədən bir şey yesəm orucum pozulurmu?

Sual: Mən, oruclu olduğumu unudub, yemək yedim və su içdim. İndi orucum pozuldumu?

Cavab: Bilmədən, unudaraq yemək yeməniz və ya su içməyiniz orucunuzu batıl etməz. Xatırladığınız anda ağzınızda yemək varsa yeməyi, su varsa, suyu xaric etməlisiz. Əgər xatırladığınız anda belə, ağzınızdakı loxmanı ya da suyu udarsanız, o zaman orucunuz pozular. Yəni, bu işdə qəsdi qərəzlik olmaz.

Allah, Quranda bu barədə belə buyurur:

“Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. ‘Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!..” (Bəqərə, 2/286).

Peyğəmbərimiz əleyhissəlam da bilmədən bir şey yeyənin orucunun pozulmayacağını belə ifadə etmişdir:

“Kim oruc ola-ola oruc tutduğunu unudub nəsə yesə və yaxud içsə, öz orucunu pozmayıb tamamlasın. Çünki onu Allah yedirdib içirtmişdir”. (Buxari, Savm (oruc), 26; Müslim, Siyam, 33/1155)

Allah oruçlarınızı qəbul etsin!

Oruc barədə əlavə məlumat almaq istəyənlər aşağıdakı linkə tuşlaya bilər:

http://www.muselmanlar.com/?s=oruc

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.