Müsəlmanlar
Oruc və Bayram günü məsələsində niyə problem yaranır?

Oruc və Bayram günü məsələsində niyə problem yaranır?

Sual: Dünyanın hər hansı bir yerində hilal görülərsə, bütün müsəlmanlar oruca başlamalıdırmı?

Cavab: Əhli Sünnə və Əhli Şiə alimlərinin çoxu, dünyanın hər hansı bir yerində görülən ilk hilalın digər yerlərdə də görülmüş kimi qəbul ediləcəyini və “ixtilaf-mətali”yə yəni, sonradan dünyanın müxtəlif yerlərində, müxtəlif saatlarda görülən hilala etibar edilməyəcəyini demişlər.[1] Bu alimlərə görə, hər hansı bir yerdə ilk hilal görüldüyü zaman istəyir uzaq istəyir yaxın yerlərdə olsunlar, bütün müsəlmanların buna uyması, oruca başlaması və ya bayram etməsi lazımdır. Əksi təqdirdə müsəlmanların eyni gündə oruca başlaması və bayram etməsi mümkün deyildir.[2]

Qurani Kərimin tövsiyə etdiyi, hilalın hesaba görə müəyyən edilməsi qaydası günümüz müsəlmanları üçün olduqca əhəmiyyətlidir. Əksi təqdirdə son illərdə müsəlman ölkələrində Ramazanın başlanğıcı və bitişi, Ramazan və Qurban bayramı günlərinin təyinində yaşanan problemlər heç bitməyəcəkdir.

Ramazan hilalının təyinində (Quranın təqdim etdiyi) hesab qaydası əsas alınarsa, ibadətlərdə rahatlıq prinsipinə baş vurmuş və o cümlədən hər il Ramazan və bayramıyla əlaqədar müsəlmanlar arasında yaranan tərəddüd və parçalanmalara da son qoymuş olarsız.[3]

Əlavə məlumat üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7076.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] İrfan Yücel, “Hilâl”, DİA, İstanbul, 1998, c: 18, s. 3.

[2] Yücel, “Hilâl”, DİA, c: 18, s. 3.

[3] Halil Altuntaş, İsmail Karagöz, Oruç İlmihali, Diyanet İşleri Başkanlığı, Ankara, 2008, s. 15.