Müsəlmanlar
Bir məzhəbə mənsub olmaq dində lazım olan şeylərdəndir?

Bir məzhəbə mənsub olmaq dində lazım olan şeylərdəndir?

Sual: Bir məzhəbə mənsub olmaq dində lazım olan şeylərdəndir? Yəni, bu, vacib bir məsələdir? İnsan öz ağıl və dərrakəsini işə salıb uca kitabımızın (Quran) hökmlərini və sünnə olan hədisləri həyata keçirə bilər?

Cavab: Məzhəb fikir deməkdir. Alimlər haqqında açıq-aydın Quran ayəsi və hədis olmayan məsələlərdə öz metodlarına əsasən bəzi fikir və rəylər ortaya qoyublar. Buna görə də məzhəblərin arasında ixtilaf yaranıb. Hər kəs hər bir məsələdə məlumatlı olmadığına görə bilmədiyi mövzularda bilənlərə tabe olmaq vəziyyətindədir. Məzhəbləri bir müəllim kimi görmək lazımdır. Belə ki, siz cavabını bilmədiyiniz bir sualı bizdən soruşduğunuz kimi, eyni şəkildə məzhəblərin həmin məsələyə dair fikir və rəyləri ilə də əməl edə bilərsiniz. Məzhəblər qətiyyən din deyil. İnsan hər hansı bir məzhəbə mənsub olmadığını deyirsə, bu sözü ilə dindən çıxmır. Amma bu sözü məzhəblərin fikirlərinə əsaslanaraq əməl etməyə ehtiyac duymayacaq qədər elm sahibi olanlar deməlidir!

Belə məsələlərdə yol verilən başlıca səhv məzhəbləri kor-koranə təqlid etməkdir. Başqa sözlə, məzhəbləri tamamilə doğru kimi qəbul etmək, dedikləri hər şeyə düzgün və ya səhv olduğunu götür-qoy etmədən əməl etmək yanlışdır. Unutmamaq lazımdır ki, məzhəblər də səhvə yol verə bilər. Lazım gələrsə, başqa bir məzhəbin fikirlərinə əsasən əməl etməyin və yenə lazım olarsa, (məzhəblərin ayə və hədislərə zidd fikirləri olduğu təqdirdə) heç bir məzhəbə görə əməl etməməyin mümkünlüyünü də nəzərə almaq lazımdır. Belə hallarda ancaq və ancaq ayə və hədisə əsasən əməl etmək lazım olduğunu bilmək də mühümdür. Bir şeyin düzgün olub olmadığını isə onun Quran və Sünnəyə müvafiq olub olmaması ilə anlamaq mümkündür.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.