Müsəlmanlar

Bir malı nağd qiymətindən artıq qiymətə satmaq olar?

Sual: Hər hansı bir malı vədə (vaxt) fərqi qoyub onun nağd qiymətindən artıq bir qiymətə almaq, yaxud da satmaq dini baxımdan düzdür?

Cavab: Bir malı nağd qiymətinə nisbətən fərqli bir qiymətə vədəli – nisyə olaraq satmaq olar. Məzhəblər arasında bu məsələyə dair fikir ayrılığı yoxdur.

Bir çox insan belə hesab edir ki, bu cür bir alış-verişdə faiz olur. Halbuki, burada əsas məsələ pulun malla dəyişdirilməsidir. İslam hüququna əsasən belə bir alış-satışda faiz meydana gəlmir. Məsələn, bir malı nağd 1000, nisyə 2000 manata satmaq caizdir; başqa sözlə, bunu etmək olar. Nağd və nisyə arasındakı fərq faiz deyil. (Kəmaləddin ibn Hümam, Fəthul-qədir, V cild, Bulaq, 1316-cı hicri il, s. 218.)

Qeyd edək ki, nisyə alış-satış məsələlərində razılaşma aparıldığı vaxt satılan mal, onun qiyməti və qiymətinin ödənməsi vaxtı müəyyən edilməlidir. Həmin üç şərt yerinə yetirildikdən sonra nağd və nisyə qiymətlərin bir-birindən fərqli olması mühüm deyil. (Şəmsəddin Əs-Səraxsi, Əl-Məbsut, XIII/8, babul-büyuil-fasidə, Şafii məzhəbindən Töhfətul-möhtac bi şərhil-minhac, II/37, babul-büyuil-mənhiyyi ənha və ma yətbəuha.)

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

Kredit və nisyə arasındakı fərq nədir?