Müsəlmanlar

Qəza nəticəsində bir insanın ölümünə səbəb olana nə cəza verilir?

Sual: Qəza nəticəsində bir insanın ölümünə səbəb olana nə cəza verilir?

Cavab: Qisas cəzası qəsdən adam öldürmək cinayətlərində tətbiq edilir. Qəza nəticəsində bir insanı öldürənlərə belə bir cəza tətbiq edilməz. Ancaq qəzaya səbəb olma ölçülərinə görə müxtəlif cəzalar verilə bilir. Bu barədə Qurani Kərimin Nisə surəsi 92-ci ayəsində hərtərəfli izahat gətirilmişdir:

“Xəta istisna olmaqla heç bir möminin başqa bir mömini öldürməyə haqqı yoxdur. Kim səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir; öldürülənin vəliləri/yaxınları bağışlayarsa, o başqa. Əgər öldürülən mömin və sizə düşmən olan bir camaatdandırsa, onda mömin bir kölə/əsir azad etməlidir. Əgər o, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, onda onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. (Bunları etməyə imkan) tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah Biləndir, Müdrikdir.” (Nisə, 4/92).

Buna bənzər sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6795.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.