Müsəlmanlar

Şəfaətin olmayacağını bildirən ayələri necə başa düşməliyik?

Cavab: Qiyamət, yenidən dirilmə ilə başlayıb, əbədi davam edən bir vaxta deyilir.

Bəqərə surəsinin 254-cü ayəsində məhşər günündə hər hansı bir şəfaətin olmayacağı açıq-aşkar bildirilir:

Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyin! Ayələrimizə göz yumanlar isə zalımdırlar.”

Əgər cəhənnəmə girənlərin içində möminlər varsa, onlar üçün şəfaət edilə bilər. Buradakı şəfaət, cənnətdəkilərin yanına yollamaq mənasındadır. Allah Məryəm surəsinin 86-cı ayəsində belə buyurmaqdadır:

“O gün Biz müttəqiləri (fitrətini pozmayanları) ər-Rəhmanın hüzuruna hörmətli nümayəndələr kimi toplayarıq. Günahkarları isə Cəhənnəmə susamış olduqları halda atarıq. Ər-Rəhmandan əhd almış (şirkə düşməmiş) kəslərdən başqaları şəfaət haqqına sahib olmazlar.”

Allah şirk günahı işləməyənləri (günahlarının cəzasını çəkdikdən sonra) cəhənnəmdən qurtarıb, əfv edəcəyini bildirir. Burada başqa şəfaətçi, insanları şəfaət etmək üçün izləyən başqa qrupdan bəhs edilməz.

Şəfaət, istər insanları əfv etmə, istərsə də əqrabaların yanına yerləşdirmə anlamında olsun, bu səlahiyyət yalnız Allahın Özünə aiddir. Başqa xəyallara qapılanlara Allah heçbir qapı buraxmadığını açıq açkar Quranda bildirməkdədir:

De: ‘Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız.” (Zümər, 39/44.)

Quran, Allahın elçisinin belə, hər hansı bir kimsəyə (axirətdə) fayda ya da zərər vermə haqqının olmadığını açıq aşkar bildirməkdədir:

“De: Allahın verdiyindən başqa, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadirəm.” (Yunus, 10/49)

Şəfaət haqqında ətraflı məlumat üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/dusunce-sahesi/6397.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.