Müsəlmanlar

Kreditlə alınan ev, maşın və ya hər hansı bir şey haramdırmı?

Sual: Bəzi din xadimləri, ev və maşını əsas ehtiyaclara daxil edərək, bunlar üçün kredit alına bilər, deyirlər. Siz nə deyirsiz?

Cavab: Əvvəlcə bunu qeyd edək ki, ölkəmizdə çox adam kreditlə nisyəni ayırd edə bilmir və kreditə də kredit deyir, nisyəyə də kredit deyir. Oxuyucular bu barədə ilk öncə bu linkdəki yazını gözdən keçirsinlər: http://www.muselmanlar.com/fitvalar/5947.html ki, bu suala verdiyimiz cavabı səhv başa düşməsinlər.

İndi gələk sualınıza: Əgər evə, maşına məcburiyyət deyərsəniz, o zaman yer üzündə faizin haramlığını qaldırmalıyıq ki, bir çox din xadimləri buna təşəbbüs göstərməkdədir.

Faizdə zərurət deyə bir şey olmaz. İki şeydə zərurət vardır ki, bunların da hər birinə ölüm təhlükəsi əsnasında icazə verilir: 1. Acından ölmək təhlükəsi ilə qarşılaşan adamın donuz ətini yeməsi. 2. Ölümlə təhdid edilən insanın inancının əksinə sözlərə məcbur edilməsi.

Bu səbəblə hər şeyi məcburiyyət sayaraq kreditə girmək olmaz. Onsuz da kredit almaq istəyənlərin ya özlərinə görə müxtəlif bəhanələri ya da bir çoxunun həqiqətən də problemləri olur. Lakin biz müsəlmalar olaraq, hər cür problemi Allahın haram etdiyi yollarla deyil, halal yollarla aşmağı bacarmalıyıq.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.