Sual: Yanımızda təkcə içmə suyumuz olsa təyəmmüm edə bilərik?
Cavab: Yanınızda içmə suyu olub başqa yerdən su tapa bilməsəniz və bu suyu işlətdiyiniz təqdirdə susuz qalmaq təhlükəniz varsa, belə bir hal “dəstəmaz üçün” suyunuzun olmadığı mənasına gəlir. Bu cür hallarda təyəmmüm edərək namazınızı qıla bilərsiniz.
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.