Müsəlmanlar

“Salat” kəlməsinin həqiqi mənası nədir?

Sual: “Salat” kəliməsinin həqiqi mənası nədir?

Cavab: Quranda salat kəlməsi həm isim həm də fel şəklində keçməkdədir. İsim şəklində keçən salat kəlməsi “Namaz, dua, bir şeyin ortası və ibadət yeri,” kimi mənalara gəlir. Bu kəlmənin önünə “əs” şəkilçisi əlavə edilərək “iqamətus-salat” şəklində təqdim olunanda bildiyimiz “namaz” mənasına gəlir. Lakin bu kəlmə feil şəklində “alə” şəkilçisi ilə qəldiyi zaman isə bir çox mənalara gəldiyi üçün cümlə içərisindəki yerinə görə bu mənalardan biri verilir. Bəzi yerlərdə “dəstək”, bəzi yerlərdə isə “dua, kömək, davamlılıq, atəşə atma, odda yanma” kimi bir çox mənalara gəlməkdədir.

İsim və feli bir birindən ayırd etmədən “salat” kəlməsinə tək bir məna verilməz. Hətta bir feilə cümlə içərisindəki yerinə görə daşıdığı bir çox mənalarından yalnız biri verildiyi təqdirdə belə ayə təhrif edilə bilir.

Buna diqqət edilmədiyi üçün həm ənənəçilərin həm də modernistlərin Qurandakı ayələri təhrif etdiklərinə və məntiqsiz cümlələrlə insanların başlarını qarışdırdıqlarına şahid olmaqdayıq. Məsələn, İsra surəsindəki “Namazı, gün batmağa meyl edəndən gecənin qaranlığına qədər və bir də fəcrin topalaşdığı ərəfədə qıl. Fəcrdəki topalaşma gözlə müşahidə edilir.” (İsra 78)

Bu ayəyə öz komunist nəzəriyyələrini alət edənlər belə bir məal vermişlər: “Gün batmağa meyl edəndən gecənin qaranlığına qədər salatı iqamə et və sübh təlim-tədris edilməsinə nəzarət et. Çünki, sübh təlim-tədris edilməsi görüləsi şeydir.”

İsim olaraq keçən “salat” kəliməsinə “təlim-tədris” ya da “dəstək” mənası verildikdə türkcəsindən bir şey başa düşülmədiyi kimi bəzi fellərə də bu məna verildiyi zaman gülünc cümlələr qurulmuş olur. Təbbət surəsindəki: “O, Atəşdə davamlı yanacaq” (Təbbət 3) ayəsinə əgər bu məna veriləcək olsa: “O, atəşə təlim-tədris ediləcək ya da dəstək olacaq” kimi gülünc nəticə əldə edilmiş olur.

“Salat” kəliməsinə ərəb dili lüğətində mövcüd olmayan “təlim-tədris” və “dəstək” mənasını vermək, ərəb dilində nazil olan Quranı təhrif etməkdən başqa bir şey deyildir.

Bu barədə ətraflı məlumat üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/elanlar-xeberler/6329.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.