Müsəlmanlar

Birdən artıq evliliyə xüsusi hallarda icazə verilir?

Sual: Nisə surəsinin 3-cü ayəsindəki birdən çox qadınla evlənmək məsələsi, yetim qızlara sahib olanlarla əlaqədar olduğunu deyənlər vardır. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Birdən çox evliliyin yetim qızlara sahib olanlarla bir əlaqəsi yoxdur. Bəhs edilən ayənin üstündə yetim qızların haqlarına rəayət edilməsi əmr edilir. Sonra isə bu yetimlərə sahib olan ana dul qadınlarla evlənməkdən və əgər bu yetimlərin haqlarına rəayət edilməyəcəksə, onda digər qadınlardan 2, 3, 4-ə qədər evlənilə biləcəyindən bəhs edilməkdədir. Birdəki, cox evliliyə dair bundan əlavə bir çox ayələr də misal verilə bilər. Məsələn, Nisə 23-cü ayədə: “…İki bacını birlikdə almaq sizə haram edildi…” 

Əslində birdən çox evlilik icazəsi eyni zamanda, əxlaqsızlığın, əsilsizliyin və qadın ticarətinin də qarşısını alır. Bütün bunlara baxmayaraq, Allahın tövsiyə etdiyi və ədalətə uyğun olaraq qeyd etdiyi, bir tək qadınla olan evlilikdir.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.