Müsəlmanlar

Bank hesablarında istəmədən əmələ gələn faiz, kasıblara verilə bilərmi?

Sual: Bir kitabda oxuduğuma görə, bank hesablarında istəmədən əmələ gələn faiz kasıblara verilməlidir.”- deyə, yazılmışdı. Hesabımızda toplanan faiz pullarını hara etməliyik?

Cavab: Faiz pullarının heç bir məqsədlə istifadə etmək olmaz. Bu pulların ehtiyacı olanlara verilməsi uyğun olar. Çünki o pul, sahibi bilinməyən mal hökmündə olur. Faiz də haram olduğu üçün, tək yol onu möhtaclara verməkdir. Verildiyi zaman bu pulun faiz pulu olduğunu bildirmək də lazım deyil.

İslam hüququnda haramlar iki qismə ayrılır:

  1. Haram li-ayni: “Özündə haramlıq olan şey”- deməkdir. Donuz əti, şərab və ölü heyvan əti belədir. Bir müsəlman bunlardan istifadə edə bilməyəcəyi kimi bir başqasına da verə bilməz.
  2. Haram li-qayri: “Özündə haramlıq olmayan; amma qazanma qaydası haram olan şey”- deməkdir. Faizdən əldə edilən pul belədir. O pul ilə, alın tərindən qazanılan pul arasında tək fərq; onu qazanmaq qaydasıdır. Bu da təkcə qazanan insanı əlaqədar edər. Bu barədə ətraflı məlumat:

http://www.muselmanlar.com/fitvalar/900.html

Mənbə: Dr. Yəhya Şenol, “Bizə soruşurlar”, Kitab və Hikmət jurnalı, Aprel-İyun 2016, sayı:13, s. 105.