Müsəlmanlar

Təcavüzkarı öldürən qadına hər hansı bir cəza tətbiq edilirmi?

Sual: İranda bir qadına özünə təcavüz edən adamı öldürdüyü üçün edam cəzası verildi. İslama görə bu qadına necə bir cəza verilir?

Cavab: Təcavüzkarı təcavüz zamanı öldürmüşsə, nəfsi müdafiədən ötrü qadına heç bir cəza tətbiq edilməz. Təcavüzdən müəyyən müddət sonra özünə hakim olmadan öldürmüşsə, cinayət işləmişdir. Çünki, məhkəmənin verəcəyi cəzanı gözləməli idi. İslamda cəzaları şəxslər deyil, səlahiyyətli orqanlar icra edər. Belə olmasa ölkədə özbaşnalıq hökm sürər.

Nəticədə hər iki tərəf, bir-birinə qarşı uyğun olmayan cinayətə təşəbbüs etmişlər. Təcavüzkarın cəzası ilə əlaqədar cavabımızı saytımızın bu linkində görə bilərsiniz: http://www.muselmanlar.com/fitvalar/6391.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.