Müsəlmanlar

Təcavüz edən bir şəxsə nə cür cəza verilir?

Sual: Sual: Quran və səhih sünnəyə əsasən təcavüz edən bir şəxsə nə cür cəza verilir? Yəni zorla birinin ismətini və ya namusunu kirlədən şəxsə İslam hüuququnda hansı cəza tətbiq edilir?

Cavab: Quran işığında əldə etdiyimiz tədqiqatlardan belə bir nəticəyə gəlirik ki, təcavüz cinayətini törədən şəxsə iki cür sanksiya tətbiq edilməlidir. Bunlardan birincisi qul haqqı çərçivəsindəki təzminatlar, ikincisi isə cəza yönündəki tətbiqatdır. Cinayətlə birlikdə doğan Allah haqqı isə cinayətkarla Allah arasında qalır; adam tövbə edib, özünü düzəldərsə, axirətdəki cəzadan xilas olur. Törətdiyi cinayətə qarşı veriləcək cəza ictimai cəza dairəsində olduğu üçün, cinayət sabit olduqdan sonra cinayətkar heç bir şəkildə cəzadan xilas ola bilməz. Veriləcək təzminat cəzaları qul haqqı dairəsində olduğu üçün zərər çəkmiş tərəfindən əfv edilə bilər.

1. TƏZMİNATLAR

Zərər çəkmişin vəziyyətinə baxılaraq təzminatın müqdarı dəyişir. Aşağıdakıların biri və ya bir neçəsi eyni anda tətbiq edilə bilir.

a. Diyət: Təcavüz feli səbəbilə vücudda meydana gələ biləcək toxumalardakı yaralanmalara qarşı ödənəcək təzminat tam diyət (ödənən miqdar) üzərindən müəyyən edilir.

b. Mehri Misil: Evliliyin vaxtsız bitməsi və ya heç evlənə bilməmə ehtimalına görə cinayətkara mehri misil tətbiq edilir. Məsələn, bekar bir qızın təcavüzə məruz qalması nəticəsində artıq özünə layiq olan biri ilə evlənə bilməmə ehtimalı və ya evli bir qadının təcavüzə məruz qalması nəticəsində ərinin onu boşaması kimi hallara qarşılıq caniyə mehri misil tətbiq edilir.

c. Hükuməti Ədl: Zərər çəkənin sahib olduğu maddi mənfəəti itirməsi halında təyin ediləcək təzminatdır. Məsələn, bu cəza, zərər çəkənin işini, çevrəsini və etibarını itirməsi halında caniyə tətbiq edilməkdədir.

2. CƏZA

Cəza yönündən bu sanksiya tətbiq edilə bilər.

a. Cərrahi xədim: Cani hüquqi və əxlaqi olaraq toxunulması qadağan olunan bir orqana haqqı olmayaraq və zorla zərər verdiyi üçün öz orqanına da zərər verilməsini haq edir. Caninin verdiyi zərər, zərər çəkən üzərində bir ömür boyu təsirini sürdürəcəkdir. Bu səbəblə caniyə veriləcək cəzanın da ömür boyu qalıcı olması üçün onun cərrahi xədim edilməsinin lazım olduğu fikrindəyik. Necə ki, Qurani Kərim: “Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir” buyurmaqdadır.(Şura, 42/30)

Verilən bu cəza bəzi insanlara ağır görülə bilər. Əslində belə bir cəza cinayətin ağırlığından qaynaqlanmaqdadır. Cinayətin maddi və psixoloji təsiri böyük olduqca, cəzası da böyük olur. Bir də verilən bir cəzada daşındırcılıq xüsusiyyətinin olması çox əhəmiyyətlidir. Belə bir cəzanı göz önünə alan normal bir insan təcavüzə təşəbbüs edə bilməz. Belə bir cəmiyyətdə qızlar özlərini azad və rahat hiss edə bilərlər.

Bu barədə ətraflı məlumat almaq üçün bu video linkində olan fıkıh müzakirəmizə baxa bilərsiniz:

Tecavüz Suçunun Cezası

Müəllif: Dr. Adəm Yıldırım.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.