Müsəlmanlar

İslama görə qadınlardan dövlət başçısı və ya hakim ola bilərmi?

Sual: Əhzab surəsi 33, Bəqərə 282 və Nisə surəsi 34-cü ayələr işığında qadınlardan dövlət başçısı, hakim və ya hər hansı bir qulluq sahibi ola bilərmi?

Cavab: Bu ayələr ənənəçilər tərəfindən düzgün dəyərləndirilmir. Allah tərəfindən nazil olan heç bir kitabda qadın təhqir edilməməkdə və ictimaiyyətdən kənarlaşdırılmamaqdadır.

Qadından dövlət başçısı da olur, hakim də olur. Qısacası kişi nə bacarırsa, qadın da onu bacara bilər. Qurani-Kərimdə çox adamın bildiyi Belkis nümunəsi vardır. Allah Təala bu qadının hökmdarlığını tərif etməkdə və onun hikmətli davranışından bəhs etməkdədir.[1]

Əhzab surəsi 33- cü ayəsi qadınların cinsiyyətini deyil, dişiliklərini qabağa çıxarmasını, açılıb-saçılmasını hədəf almışdır. Necəki, növbəti ayələrdə bu izah edilməkdə və qadınlarla kişilər hər işdə birlikdə sadalanmaqdadır. Əgər qadınlar ictimaiyyətdən kənarlaşdırılsaydılar bu ayədə bildirilənləri necə həyata keçirə bilərdilər? Bilindiyi kimi Rəsulullah dövründə qadınlar bütün ictimai fəaliyyətlərə, hətta döyüşə belə qatılmışdılar.

Suala cavab verdi: Abdüləziz Bayındır.[2]

Buna oxşar məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/4913.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Nəml 27/29.

[2]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []