Müsəlmanlar

Hansı surəni oxumaq daha fəzilətlidir?

Sual: Əsr və İxlas Surələrinin fəziləti nədir? Bunları oxumağın çoxlu savabı var deyirlər. Sizə görə hansı surə daha fəzilətlidir?

Cavab: Surələrin fəziləti, orada yazılanlara əməl etməklə ortaya çıxır. Təkcə oxumaqla deyil! Bunu bir təmsillə izah edim: Nazil olan bütün surələr (yəni Quran) bizə oxuyub üfləmək, öpüb alına qoymaq, mənasını bilmədən əzbərləmək, təkrarlamaq, qısacası belə şeylərdən savab almaq üçün deyil, onunla əməl edib həyatımıza əks etdirmək üçün verilmişdir! Necə ki, bizə və bizdən sonrakılara meyvə versin deyə, verilən bir fidanı əlimizə alanda ona üfləmədən, öpüb bir kənara qoymadan, əldə tutmanın savabını düşünmədən, yarpağını şəfa üçün ya da hər hansı bir şərdən müdafiə üçün çaya-suya salıb içmədən aparıb onu əkirik və qulluğunda dururuq. Bax bu surələr də o fidanlar kimidir: İnsanlardan bir qismi bağbanlıq edib bu fidanları toprağa əkərək yetişdirdikləri kimi, biz də müsəlmanlıq edib bu surələri qəlbimizə əkməliyik ki, həm özümüzü həm də başqalarını faydalandıraq.

Suala cavab verdi: Aydın Mülayim.

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı video dərsinə müraciət etsinlər:

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.