Müsəlmanlar

Hansı hallarda günah işləyən adam kafir sayılır?

Sual: Əgər dünyanı axirətə seçən kafir olursa, onda hər günah işləyən də dünyanı axirətə seçmiş olmurmu? Bu halda hər günah işləyən kafir olur?

Cavab: Əgər bir insan törətdiyi bir günaha günah deməyib: “Əşi həyat belə tələb edir, həyatın qanunu budur, nə Allah, nə haram,”- deyib, Allahın haram saydığını bilə-bilə halal sayarsa, onda kafir olur. Ancaq Allahın qoyduğu qanunları tanıyaraq, öz səhvini başa düşərək: “bilirəm, nə edim? Allah günah sayıb, ancaq tərk edə bilmirəm, bu mənim səhvimdir”- desə, bu adam günahkar olur. Törətdiyi şeyə görə də günahının dərəcəsi vardır.

Eyni əməlləri törədənlər üçün, yuxarıda verilən fərqli hökmlərin nümunəsini Quranda da görməkdəyik. Birinin halı İblisin halına, digərinin halı da Adəm əleyhissəlamın halına bənzəyir: Allah, İblisə Adəm əleyhissəlam üçün səcdə etməyi əmr etdi. İblis səcdə etmədi. Allah, Adəmə də qadağan etdiyi ağacdan yemə deməsinə baxmayaraq, Adəm, ağacdan yedi. Hər ikisi Allahın əmrini çeynədi. Allah İblisdən soruşdu: “Adəmə səcdə etməyinə mane olan nədir?”– dedi. İblis: “Mən ondan daha xeyriliyəm”- yəni, “Sənin əmrin yerində deyil”- deyərək, cavab verdi. Ancaq Adəmə: “Ağacdan niyə yedin”- dediyi vaxt, Adəm: “Ey Rəbbim! Mən səhv elədim”- deyə, cavab verir.

Nəticədə, ikisi də Allahın əmrini çeynəmişdir; İblis çeynədiyi üçün Allahı mühakimə edir, Onun hakimiyyətinə meydan oxuyur, öz səhvinin doğru olduğu barədə məntiq yürüdür və təqsirini Allahda görür. Ancaq Adəm, səhvini boynuna alır və etdiyi işdə başqasını deyil, özünü təqsirli görür, cəzasını da çəkir, nəticədə isə bağışlanır.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/5862.html

http://www.muselmanlar.com/fitvalar/6033.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []