Müsəlmanlar
Allahın bir əmrini yerinə yetirməmək bizi kafir edir?

Allahın bir əmrini yerinə yetirməmək bizi kafir edir?

Sual: İblis Allahın bir əmrinə itaət etmədiyi üçün kafir oldu. Biz də Onun bir əmrini yerinə yetirməsək kafir oluruqmu?

Cavab: İblis Allahın əmrini yerinə yetirmədi və Adəmə səcdə etmədi. Bəs Adəm neynədi? Adəm də Allahın sözündən çıxmadımı? Əgər Allahın əmrini yerinə yetirməmək bir insanı kafir edirsə, onda Adəmin də kafir olması lazımdır.

Allah Təala İblisə əmrini yerinə yetirmədiyi üçün kafir demədi. Arxasından soruşdu ki, Əraf surəsi 12-ci ayəsindəki ifadəylə: قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ” “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?”. İblis, “Ya Rəbbi üzr istəyirəm”- desəydi, kafir olmazdı. Amma nə dedi? Dedi ki; “أَنَا خَيْرٌ مِنْهُ خَلَقْتَنِي مِنْ نَارٍ وَخَلَقْتَهُ مِنْ طِينٍ” “Mən ondan daha xeyirliyəm. Məni oddan, onu isə palçıqdan yaratdın!” Bir başqa ayədə: “أَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا” “Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!” – demişdi. İblis Allahın əmrini doğru görmədi və üsyan etdi yəni, kafir oldu. Bəs Adəm Allahın əmrindən çıxdıqdan sonra nə dedi? “رَبَّنَا ظَلَمْنَا أَنْفُسَنَا وَإِنْ لَمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ” “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər. Əgər Adəm də İblis kimi davranıb Allahın əmrini doğru görməsəydi, o da kafir olurdu. Ancaq Adəm elədiyi günahın cəzasını çəkdi və cənnətdən çıxarıldı. Sadəcə üzr istəməsi və tövbə etməsi də onu cənnətdə saxlamadı. Çünki edilən günah əməl sadəcə sözlə deyil, bir başqa savab əməllə də təmizlənməlidir. Bu səbəblə bir insan yaxıb-yıxdığı bir şeyi gəlib üzr istəməklə düzəltmiş olmaz, eyni zamanda elədiklərini təmir etməsi lazımdır.

Qısacası, insan, Allahın bir əmrini yerinə yetirməməsi ilə deyil, o əmrini qəbul etməməsi ilə kafir olur.

Suala cavab verdi Professor Abdüləziz Bayındır.[1]

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı linklərə də baxın:

“Şeytan” adını alan İblis vaxtilə mələk idi?

İblis elə güman edir ki, onu yoldan çıxardan Allahdır?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.