Müsəlmanlar

“Yeni il” bidat isə o zaman “mövlud qəndili” nədir?

Sual: Muhəmməd əleyhissəlamın anadan olma gününü bilavasitə ibadət halına gətirənlərin İsa əleyhissəlamın anadan olma gününü qeyd edənlərə qarşı çıxmaları bir ziddiyyət deyilmi?

Cavab: Çox gözəl bir sualdır. Əslində cavabın yarısını sual özü cavablamaqdadır. Müsəlmanlar, Xristiyanların İsa əleyhissəlamın anadan olma günü münasibətiylə qeyd etdikləri “yeni il” bayramlarına qarşı çıxırlar. Ancaq özləri Muhəmməd əleyhissəlamın anadan olma günü münasibətiylə “mövlud qəndili” keçirirlər. Əlbəttə bu bir ziddiyyətdir. Müsəlmanlar sanki bir peyğəmbər yarışdırma havasıyla, xristiyanların İsaya verdikləri xüsusiyyətlərin oxşarlarını uydurduqları mübarək gecələrində misralara tökərək Muhəmməd əleyhissəlama verməkdədirlər. Qurandan və peyğəmbərlərin həqiqi xüsusiyyətlərindən xəbərsiz müsəlmanların bir qismi xristiyanların uydurduqları yeni ili, digər qismi də müsəlmanların uydurduqları mövlüd qəndilini qeyd etməkdədirlər. Halbuki, nə səhabə nə tabiin nə də ondan sonra gələnlər -Allahın elçisini günümüz insanlarından çox sevdiklərinə baxmayaraq- belə bir şey etməyiblər.

Mövlud qəndili ilk dəfə hicri 4-5 əsrlərdə Fatimilər tərəfindən ortaya çıxarıldı. Bir neçə əsr sonra sünnilərə Əyyübilər  şahzadəsinin toy mərasimində keçmiş  və yayılmaya başlamışdır. Mövlud keçirmənin xoş bir hal olduğu bəzi İslam alimlərinə isnad edilir ki, bu isnadların da çoxu əsassızdır. Bir də hər bir müsəlman bunu yaxşı bilməlidir ki; dinimizin əsasını alimlər deyil, Allahın kitabı və elçisinin bu kitabdan çıxardığı tətbiqatları təşkil edir. Allah kitabında: “Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır.” (İsra, 17/36.)

Bu barədə ətraflı məlumat üçün aşağıdakı linkə müraciət edin:

http://www.muselmanlar.com/fitvalar/422.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.