Müsəlmanlar

Pensiya almaq halaldır?

Sual: Təqaüd almaq halaldır?

Cavab: Təbii ki, almaq olar. Əlbəttə, qanuni (düzgün) yollarla almaq halaldır. Bunda dini cəhətdən bir eyib yoxdur. Əsas odur ki, bu məsələdə hiylə və qanunsuzluğa yol verilməsin.

Pensiya üçün bir fond təşkil edilir. Həmin fonda hamı müəyən bir məbləğ köçürür, yaxud da onların məvacibindən bu miqdar kəsilir. Sonra isə insanlar müəyyən qayda və şərtlər daxilində o fonddan istifadə edirlər: təqaüd alırlar. Odur ki, bu məsələdə qadağan-haram olan bir cəhət yoxdur.

Buna oxşar sual və cavablarla aşağıdakı keçiddə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/is-heyati

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.