Müsəlmanlar
Borc verdikdə şərtləri nə cür müəyyənləşdirməliyik?

Borc verdikdə şərtləri nə cür müəyyənləşdirməliyik?

Sual: Bizdən arabir pul borcu istəyənlər olur. Biz də imkan daxilində verməyə çalışırıq. Lakin bu məsələdə dini cəhətdən düzgün olan meyarların nə olduğunu bilmirik. Kimə isə borc verdikdə və ya kimdənsə borc aldıqda hansı metod tətbiq olunmalıdır? Şərtlər necə müəyyən edilməlidir? Sualımı bir qədər aydınlaşdırmaq üçün olmuş bir əhvalatı misal verim: Əmoğluma 2000 ABŞ dolları dəyərində manat borc vermişdim. Üstündən 5 il keçdi. Sonra mən ev aldıqda o pul özümə lazım oldu. Borcu verdiyim vaxt 2000 ABŞ dolları aldığım evin ümumi qiymətinin 25%-ini təşkil edirdi. Əmoğlu pulu 5 ildən sonra qaytardıqda isə həmin pul evin qiymətinin 10%-inə bərabər idi. Bir sözlə, ona borc verdiyim vaxt pulun qiyməti yüksək idi. Nəticədə mən daha böyük bir ev ala biləcəyim halda, bu hadisə ucbatından daha kiçik bir mənzil almalı oldum/ala bildim. Məgər mən bu məsələdə zərərə uğramadımmı? Elə isə bu kimi zərərlərə məruz qalmamaq üçün kimə isə borc verdikdə hansı şərtlərə əsasən verməliyik?

Cavab: Yeri gəlmişkən, burada mühüm bir məsələni xüsusilə qeyd etmək istəyirəm:

Son vaxtlarda ölkəmizdə ev qiymətləri anormal dərəcədə artır. Bu, normal bir gedişat deyil. Üstəlik, göydələnlərin də sayı artır. Mən o binaları gördükdə sanki üstümə uçacaqmış kimi bir hissə qapılıram. İstanbul artıq yaşamağın qeyri-mümkün olduğu bir şəhər halına gəlib. Nədir axı bu qədər göydələn?! Əgər ev tikirsənsə, ətrafa yayıl. Hamı hər tərəfə yayılsın. Hamı istehlakçı deyil, istehsalçı olsun. Toyuq-cücə saxlasın, qoyun-quzu və sairə saxlasın. Təəssüf ki, hamı istehlakçı halına salınır.

Ev qiymətləri qeyri-adi dərəcədə artır. Bir müddətdən sonra bunun problemləri üzə çıxacaq. Bu, məsələnin bir cəhətidir.

İndi isə gələk əsl sualınıza. Tək-tək mallara əsasən inflyasiya hesablamaq olmaz. Bunu hesabladıqda bir çox malı nəzərə almaq lazımdır. Yəni, evin qiyməti belə idi, sonra da filan cür oldu deməklə bu iş olmaz. Ona görə də ticarət palatalarının hesabladığı və inflyasiya nisbəti deyilən bir şey var. Buna əlavə olaraq, topdan satış qiymətləri indeksi, istehlak qiymətləri indeksi var. Bir də bir neçə valyuta nəzərə alınmaqla pul fonları təşkil edilir. Burada da inflyasiya nisbəti hesablanır.

Qısa desək, bu məsələdə sadəcə olaraq bir mala əsasən inflasiya hesablamaq olmaz. Sizə məsləhətim budur:

Hansı şəhər/rayonda yaşayırsınızsa, oranın istehlak qiymətləri indeksini nəzərə alın. Çünki siz bir istehlakçısınız. Ona əsasən meydana gələn inflyasiyanı nəzərə alın. O bölgədəki ticarət palatasından soruşun. Əgər inflyasiya baş veribsə, aradakı fərqi borcludan tələb edin.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.