Müsəlmanlar

Haram yolla əldə edilən heyvandan qurban olar?

Sual: Haram yolla əldə edilən heyvandan qurban olar?

Cavab: Haram yolla əldə edilən heç bir şeydə savab olmaz, əksinə günah olur. Haram yolla əldə edilən qurban da belədir.

Ancaq başqa birinin haram yolla əldə etdiyi hər hansı bir şeyi, istəyir qurbanlıq heyvan olsun,  bilmədən pulla ya da hədiyyə aldığınız təqdirdə, bunun haramlığının sizə dəxli yoxdur. Aldığınız mal sizə halaldır. Onu qurban edə bilərsiniz.

Əgər haram yolla əldə edilən malı sizə satdığını bilsəniz ondan uzaq durun, əks təqdirdə onu bu işə sövq etmiş olarsınız.

Bu barədə ətraflı məlumat üçün saytımızın bu linkinə müraciət edin:

Haram nədir və hansı növləri var?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.