Müsəlmanlar

İndiki dövrdə faizə girmədən ev-eşik yiyəsi olmaq mümkündür?

Sual: Hal-hazırda faiz günahına batmadan və hissə-hissə ödəməklə mənzil almaq mümkündür? İştirak bankları, xüsusi təşkilatlar və sairə bunun üçün nə dərəcədə münasib hesab olunur?

Cavab: Məlum olduğu kimi, bu kimi məsələlərə (lizinq, mortgeyc-mortgage və sairə) dair müxtəlif qanunlar var. O qanunlara daxil olan maddələrin birində deyilir ki, maliyyə icarəsi, yəni, lizinq kredit hesab olunur. Maliyyə icarəsi deyilən bu əməliyyatda bank mənzili alıb sizə satmalıdır. Bankın bunu müvafiq qanunlar daxilində başqa cür həyata keçirməyi mümkün deyil. Yəni, bu, uzun müddətli satış əməliyyatıdır.

Hərçənd bu əməliyyatın da bir sıra hüquqi çətinlikləri var. Bununla belə, bu, heç olmasa, bir satış əməliyyatıdır. Lakin banklar adətən bunu etmək istəmirlər. Səbəbi də budur ki, bu əməliyyata da kredit deyənlər var.

Bayaq da qeyd etdiyim kimi, banklar bu cür əməliyyatlara o qədər də yaxşı baxmırlar; amma bunu etməlidirlər. Çünki bu cür bir qanun var. Sıravi vətəndaşlar bu qanundan faydalana bilərlər.

Bu məsələ ilə əlaqədar ətraflı məlumatla saytımızda tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1097.html

http://www.muselmanlar.com/fitvalar/4522.html

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.