Müsəlmanlar
Sahibkarlardan müftə alınan şeyləri xeyriyyə məclislərində satmaq olar?

Sahibkarlardan müftə alınan şeyləri xeyriyyə məclislərində satmaq olar?

Sual: Bəzi yerlərdə bəzi dini icma və fondlara kömək məqsədilə xeyriyyə yığıncaqları təşkil olunur. Orada satılan şeylərdən götürülən qazanc həmin icma və fondlara verilir. Satılan mallar isə sahibkarlardan pulsuz tələb olunur. Bu kimi məclis və tədbirlər barədə nə deyərdiniz? Belə yığıncaqlar təşkil etmək nə dərəcədə düzgündür?

Cavab: Əslində bu məsələdə sahibkarlar qeyd edilən mal və məhsulları həmin icma, dərnək və fondlara xeyriyyə məqsədi ilə bağışlayırlar. Onlar isə bu şeylərdən pul əldə edirlər. Hamı da bilir ki, həmin mallar satılacaq, satış üçün nəzərdə tutulub. Ona görə də bu məsələdə hansısa bir qəbahət və anormal bir hal yoxdur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.