Müsəlmanlar
Xeyir və ziyana qatlanmadan sabit bir gəlir müqabilində şəriklik

Xeyir və ziyana qatlanmadan sabit bir gəlir müqabilində şəriklik

Sual: Mən dostumun obyektinə şərik olmaq istəyirəm. Ona 10000 manat verəcəyəm. Bunun müqabilində hər ay mənə cəmi 1000 manat versin. Onun xeyrinə də, ziyanına da qarışmayacağam. İslama əsasən belə bir şəriklik düzdür?

Cavab: Belə bir şəriklik dini cəhətdən düzgün deyil; caiz hesab olunmur. Alınan pul faiz olar. Əgər şəriklik qurmaq istəyirsinizsə, razılaşılan hissə razılaşmaya əsasən satın alınmalıdır. Əgər şirkət qazanc götürsə, qazanc əvvəlcədən razılaşdırılan nisbətdə bölüşdürülməlidir. Şirkət ziyana düşdükdə isə hər bir şərik öz hissəsi (pay) nisbətində həmin zərərə qatlanmalıdır.

Bu məsələ ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidlərə də baxın:

http://www.muselmanlar.com/fitvalar/2525.html

http://www.muselmanlar.com/fitvalar/3919.html

http://www.muselmanlar.com/fitvalar/2851.html

Suala cavab verdi: Servet Bayındır ((Hüquqşünas-iqtisadçı, İstanbul Universitetinin dosenti, Türkiyə.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.