Müsəlmanlar
Sabit bir xeyir götürmək üçün pulumu zərgərə verə bilərəm?

Sabit bir xeyir götürmək üçün pulumu zərgərə verə bilərəm?

Sual: Mənim zərgər bir dostum var. Mənə dedi ki, pul və qızılın varsa, gətir işlədim, sənə xeyirdən filan qədər pul, ya da filan qədər qızıl verim. Mən də ona 5000 manat pul və 110 qram qızıl verdim. Dedi ki, sənə hər ay 200 manat verəcəm. 110 qram qızılın müqabilində də 3 aydan sonra 121 qram qızıl verəcəm. Mən bu barədə heç nə demədim. Dedi ki, özü də pul qazanacaq. Bunu qəbul elədim. Sonra özümü pis hiss etdim. Görəsən, bu, halal bir yoldur?

Cavab: Bu, faizli bir işdir və dini cəhətdən düzgün deyil. Düzgün olmağı üçün gərək aranızda həm xeyir, həm də ziyanın bölüşdürülməsinə dair bir şəriklik olsun. Yəni, siz pulu verin, zərgər dostunuz da bu pulu işlətsin. Qazancı da əvvəlcədən müəyyənləşdirdiyiniz nisbətdə aranızda bölüşün.

Əks təqdirdə (ziyan halında) sizin sərmayəniz, zərgərin də zəhməti hədər olar.

Suala cavab verdi: Servet Bayındır (İstanbul Universitetinin dosenti, Türkiyə).

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2525.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.