Müsəlmanlar

Gecə qurban kəsmək olar?

Sual: Qurban bayramının 1-ci günü şam namazının əzanından sonra qurban kəsmək olar? Ümumiyyətlə, gecə vaxtı qurban kəsmək olar?

Cavab: Qədim dövrlərdə elektrik enerjisi yox idi. Ona görə də heyvanı kəsərkən baş verə biləcək yaralanma-zədələnmələrin qarşısını almaq üçün onu gecə vaxtı kəsməyə yaxşı baxmayanlar olub. Lakin bunu qadağan edən dini bir qayda yoxdur.

Odur ki, axşam günəş batandan sonra da qurban kəsmək olar. Əsas odur ki, bunun üçün münasib şərait olsun: Qurbanlıq heyvana, eləcə də, insanlara və ətraf mühitə ziyan dəyməsin.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.