Müsəlmanlar
Alimliyin meyarı çoxlu hədis bilməkdir?

Alimliyin meyarı çoxlu hədis bilməkdir?

Sual: Bizim mühəddis (hədislərlə məşğul olan) bir yoldaşımız belə deyir: “Quranı bilən alim deyil. Çünki ayələrin sayı məhdud və məlumdur. Həqiqi alim çoxlu hədis biləndir. Çünki hədislərin sayı çoxdur.” Siz bu söz haqqında necə fikirləşirsiniz?

Cavab: Hər halda bu sözə cavab verməyə ehtiyac da yoxdur; çünki hər şey olduqca “açıq”dır. Yəni, əgər o, özünü əsl alim hesab edirsə, etsin, bu, vacib bir məsələ deyil. Bir şey olmaz; necə deyərlər, dilin sümüyü yoxdur, istədyi qədər danışa bilər. Bu sözü də istədiyi qədər deyə bilər.

Lakin yaxşı olar ki, hədislə məşğul olanlar öz-özlərindən belə bir sual soruşsunlar: Görəsən, bir hədisin sənədinin səhih (mötəbər) olmağı həqiqətən onun mətninin də səhih olduğuna dəlalət edirmi?

Odur ki, narahat olmağa dəyməz: Minarəni oğurlayan şəxs onu qoymaq üçün yeri də əvvəlcədən hazırlayır. Siz buna heç bir şey edə bilməzsiniz!

Hər hansı bir hədisin peyğəmbərin (s. a. v.) ağzından çıxıb çıxmamağı (ona aid olub olmamağı) həmin hədisin mətninin analiz və tənqidi ilə üzə çıxır. Bunu ancaq bu yolla düzgün başa düşmək olar. Hədisçilərin hamısı hədis tənqidindən dəm vurur. Amma mən indiyədək bu məsələdə dəqiq bir meyar müəyyənləşdirən bir hədisçi görməmişəm.

Ona görə də hədisçilərin görməli olduqları əsl iş Qurandakı hikməti öyrənmək, Quran-Sünnə bütövlüyünü ortaya qoymaq və əsas mənbədən ayrı düşməməkdir.

Elə isə siz o hədisçilərə deyin:

Hədislərin mətninin təhlil və tənqidi ilə əlaqədar olaraq nə deyirsiniz?

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.