Müsəlmanlar
Qurbana sonradan şərik götürmək olar?

Qurbana sonradan şərik götürmək olar?

Sual: Tutalım ki, 4 nəfər qurbanlıq heyvan alıblar və onu qurban kəsmək istəyirlər. Həmin qurbana sonradan 5-ci bir şəxsi daxil etmək olar?

Cavab: Bəzi alimlər bu məsələni yaxşı qarşılamasa da, qurbana sonradan şərik götürməyi qadağan edən heç bir dəlil-sübut yoxdur. Halbuki bir şeyin dini cəhətdən qadağan/haram olmağı üçün Quran ayəsi və ya mötəbər (səhih) hədisdən bir dəlil-sübut olmalıdır.

Allah Təala belə buyurur:

“Allaha aid etmək üçün dillərinizi canfəşanlıqla bəzədiyi yalanlar ilə: “Bu, halaldır, bu, haramdır”, – deməyin. Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. Bunlar bir qədər mənfəət götürərlər; ancaq onlar üçün dəhşətli bir əzab vardır.” (Nəhl, 16/116-117)

Nəticə olaraq, pay satmaq, yəni, qurbandan qazanc götürmək məqsədi güdməmək şərti ilə sonradan şərik götürməyin bir eybi yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.