Müsəlmanlar
Borcu qaytardıqda könüllü formada bir qədər artıq qaytarmaq olar?

Borcu qaytardıqda könüllü formada bir qədər artıq qaytarmaq olar?

Sual: Tutalım ki, bir nəfərdən müəyyən qədər borc almışıq. Borcu qaytardıqda öz istəyimizlə bir qədər çox versək, olar? Bunda dini cəhətdən bir eyib varmı?

Cavab: Borc əskiyi və artığı olmadan ödənməli, bu formada qaytarılmalıdır. Səmimiyyətlə borcunu artıqlamasıyla qaytaran şəxs yaxşı bir əməl etmiş olar. Əgər bu, tərəflərin arasında bir razılaşmaya əsaslanmırsa, faiz hesab edilmir. Ancaq əgər qabaqcadan borcun artıqlaması ilə qaytarılmasına dair razılıq əldə olunubsa, bu, faizdir. Çünki burada əvvəlcədən belə bir şərt qoyulub.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı cavaba da nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/5281.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.