Müsəlmanlar
Özünümüdafiə zəminində adam öldürən şəxs diyət (qanbahası) ödəməlidirmi?

Özünümüdafiə zəminində adam öldürən şəxs diyət (qanbahası) ödəməlidirmi?

Sual: Nəfsi (özünü) müdafiə nəticəsində adam öldürən biri, öldürülənin qohumlarına qanbahası ödəməlidirmi?

Cavab: Quranı Kərim bir adamın qəsdən və haqsız şəkildə öldürülməsini dəqiq bir ifadə ilə qadağan etmiş və haqsız yerə bir insanın həyatına qəsd etməyin, öz həyatıyla ödəyəcəyi hökmünü vermişdir. Öldürülənin qohumları öz haqlarından bədəlli ya da bədəlsiz keçməsi ilə bu hökm ortadan qalxar. (Bax. Bəqərə, 2/178)

Nəfsi müdafiə nəticəsində bir insanın öldürülməsi halında isə, məcburiyyətdən qaynaqlanan və bu vəziyyətdə qalan insana xüsusi haq tanınır. Nəfsi müdafiə daxilində bir adamı öldürənin ölənin qohumlarına hər hansı bir bədəl ya da diyət (qan bahası) ödəməsi lazım deyildir.

Xəta ilə bir insanın öldürülməsində də, hər nə qədər qəsdi-qərəzlik olmasa da bir insan həyatına son verdiyi üçün əvəzində diyət vermək məcburiyyətindədir.

QEYD: Səhvən adam öldürmək və İslamda bu barədə deyilənlərlə əlaqədar olaraq aşağıdakı yazımızı oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1901.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.