Müsəlmanlar

Kəzban adının mənası nədir?

Sual: Kəzban adının mənası nədir? Bəziləri deyirlər ki, bu, yalançı deməkdir. Bu halda uşağa Kəzban adı qoymaq olmaz? Ya da adı Kəzban olan uşağın adını dəyişdirmək lazımdır?

Cavab: Kəzban sözü Fars dilində ev xanımı, bacarıqlı və zirək xanım mənalarını bildirir. Bu söz Fars dilindəki “kəd-banu (كد بانو) sözünün təhrif olunmuş formasıdır. ((Baxın: İbrahim Olgun, Cemşit Drahşan, Farsça-Türkçe Sözlük, Ankara Üniversitesi Basımevi, 1966, s. 279.))

Məsələyə bu baxımdan yanaşdıqda məlum olur ki, qız uşaqlarına Kəzban adını qoymağın bir eybi yoxdur. Adı Kəzban olanların adını dəyişdirmək də lazım deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.