Müsəlmanlar

İnsan öləndən sonra bəzi əməlləri yazılmağa davam edir?

Sual: Quranın Yasin surəsinin 12-ci ayəsində deyilir ki, onların qoyub getdikləri hər izi yazırıq. Bu o deməkdir ki, onların əməlləri əməl dəftərlərinə yazılır? “Üç şeydən ötrü əməl dəftəri bağlanmır” hədisi səhihdir?

Cavab: Bu sualı soruşan şəxs kimdirsə, əsl məsələni çox yaxşı müəyyən edib. Əslində cavabı da özü verib. Görünür ki, cavabı bir də bizdən eşitmək istəyir (müəllim burada təbəssüm edir).

Qeyd edilən ayədə deyilir:

“Biz ölülərə təzədən həyat verəcəyik. Həyatda olduqları vaxt etdiklərini yazırıq. Bir də arxada qoyub getdiklərini (əsər, iz, nişanə).”

Bəli, peyğəmbərimizin (s. a. v.) bununla əlaqədar olaraq belə bir hədisi də var:

“İnsan öldüyü vaxt onun əməli kəsilir. Ancaq 3 şey istisnadır:

1) Ondan qalan sədəqeyi-cariyə, yəni, uzun müddət qalan bir xeyirli əməl əsəri;

2) Fayda əldə edilən elm;

3) Onun özünə xeyir-dua edən yaxşı övlad.” ((Müslim, Vəsiyyət, 14 (1631). Əlavə olaraq baxın: Əbu Davud, Vəsaya, 14; Tirmizi, Əhkam, 36; Nəsai, Vəsaya, 8))

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.