Müsəlmanlar
Ərinin pulunu gizlincə götürən qadın haram iş görür?

Ərinin pulunu gizlincə götürən qadın haram iş görür?

Sual: Ərinin pulunu və ya hansısa bir malını ondan icazə almadan götürən qadın haram iş görür, yoxsa yox?

Cavab: Belə edən 2 cür qadın var:

1) Əri o qadının ehtiyaclarını ödəmir. Qadın da evin zəruri ehtiyaclarını ödəmək üçün sırf o zəruri ehtiyacı qədər pul götürür. Bunun caiz olduğunu peyğəmbərimiz həzrəti Muhəmməd (s. a. v.) Hində demişdir. Məlumdur ki, peyğəmbərimiz Məkkəni fəth etdiyi vaxt Məkkənin elitar təbəqədən olan xanımları ilə Səfa təpəsində görüşüb danışmışdı. Orada Mümtəhinə surəsinin 12-ci ayəsini oxumuşdu. O ayədə deyilir ki, Allaha şərik qoşmayın. Qadınlar ayənin bu hissəsi oxunduqda heç nə demədilər. Sonra deyilir ki, oğurluq etməyin. Bu əsnada Hind belə deyir: “Əbu Süfyan çox xəsis bir adamdır, evin zəruri ehtiyaclarını ödəmir. Mən isə onun cibindən evin vacib xərclərini ödəmək üçün pul götürürəm. Bu oğurluqdur?”

Peyğəmbərimiz bu suala cavab olaraq: “Əgər evin zəruri ehtiyacları üçündürsə, oğurluq deyil”- dedi.

Zərurət qadağaları halal etdiyinə görə, belə bir hərəkət oğurluq deyil. Ancaq bu halı adət halına gətrmək olmaz.

2) Əri evin bütün ehtiyaclarını və qadının şəxsi xərclərini ödədiyi halda ondan icazəsiz olaraq pul və ya mal götürən qadının bu əməli oğurluqdur, haramdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.