Müsəlmanlar
Müsəlman olmayana sədəqə vermək olar?

Müsəlman olmayana sədəqə vermək olar?

Sual: Kafirlərə sədəqə vermək düzdür?

Cavab: Kafirlərə sədəqə vermək Allahın əmridir. Belə ki, Quranın Tövbə surəsinin 60-cı ayəsində Allah Təala buyurur:

“Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq yalnız kasıblara, miskinlərə (işsiz qalanlara), onu yığanlara, qəlbləri İslam dininə isinişdirilən kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məx-susdur. Allah Biləndir, Müdrikdir.”

Burada “qəlbləri İslama isinişdirilənlər” ifadəsi var. Əgər bu insanlar müsəlman olsaydılar, onların qəlbini İslama isinişdirmək lazım gələrdimi? Əlbəttə ki, xeyr. Elə isə müsəlman olmayanlara sədəqə vermək olar.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Aşağıdakı qısa cavab yazısını da oxumağınızı tövsiyə edirik:

http://www.muselmanlar.com/fitvalar/636.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.