Müsəlmanlar

Həkimin xəstədən pul tələb etməyi düzdür?

Sual: Məlumdur ki, həkimlər əksər hallarda xəstələrdən pul tələb edirlər. Onlar maaşlarının azlığından gileylənirlər. Xəstədən aldıqları pul birbaşa onların cibinə daxil olur. Dövlətə getmir. Bu məsələyə dini cəhətdən nə cür qiymət verilir?

Cavab: Əgər bir həkimin dövlətdən və ya özəl klinikadan aldığı maaş onu qane etmirsə, bunu hüquqi yollarla müvafiq qurum və ya şəxslərə bildirməlidir. Həkimin maaşının azlığı onun xəstələrdən qeyri-rəsmi olaraq pul tələb etməyinə, yəni, rüşvət almağına heç cür haqq qazandırmır.

Xəstələr də bu məsələdə şüurlu hərəkət etməlidirlər. Pul tələb edən həkimə dərhal pul verməməli, bu məsələni səlahiyyətli qurumlara bildirməlidirlər.

Qısa desək, bu, dini cəhətdən düzgün bir iş deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.