Müsəlmanlar
İbadət məsələsində məcburiyyət ola bilər?

İbadət məsələsində məcburiyyət ola bilər?

Sual: Məlumdur ki, əqidə-iman məsələlərində heç kəsi nəyə isə məcbur etmək olmaz. Bəs ibadət? Kimə isə zorla ibadət etdirmək olar?

Cavab: Din sahəsində heç bir formada məcburiyyət ola bilməz. Əlbəttə ki, insanlara zorla bəzi işləri gördürmək olar; biz buna gündəlik həyatda da tez-tez şahid oluruq. Bütün bunlar insanlararası münasibətlərdən asılıdır. Əksinə, Allahla insanın münasibətləri baxımından deyil.

İnsanlara təzyiq göstərmək və güc tətbiq etmək yoluyla nəsə etdirmək mümkündür. Hətta Əmmar ibn Yasirə belə, zorla Allaha inanmadığını dedirtmişdilər.

İbadətdə isə məcburiyyət yoxdur. Ola bilməz. Eynilə iman-əqidə məsələsində olduğu kimi, burada da məcbur etmə-zorlamadan söhbət gedə bilməz.

Bunun səbəbini belə izah etmək olar: İman nə qədər qəlbdədirsə, ibadət də qəlbdən gələn bir şeydir. Bunların arasında sıx bir əlaqə var. İbadətdə niyyət lazımdır. Bir insan bir ibadəti imanının bir təzahürü olaraq yerinə yetirmirsə, bunun mənası yoxdur.

Quranda münafiqlərlə əlaqədar olaraq deyilir:

“Münafiqlər həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki (Allah) onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər.” (Nisa, 4/142)

Münafiqlər peyğəmbərimizin (s. a. v.) dövründə müharibəyə də gediblər. Lakin əslində niyyətləri bu olmayıb. Belə insanlar özlərini insanlara göstərmək üçün namaz qılırlar. Tək qaldıqda isə namaz qılmaq ağıllarına belə gəlmir.

Nəticə olaraq, iman və ibadət məsələlərində məcburiyyət ola bilməz.

Bu məsələyə dair ətraflı məlumat almaq üçün aşağıdakı keçidlərə də nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/5108.html

http://www.muselmanlar.com/fitvalar/4160.html

http://www.muselmanlar.com/fitvalar/4732.html

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.