Müsəlmanlar

Mirasda haqsızlığa qarşı nə cür rəftar etməliyik? Öhdəliyimiz nədir?

Sual: Bəzən elə olur ki, kimsə miras məsələsində haqsızlığa yol verir. Biz bu şəxslərə xəbərdarlıq edirik. Lakin bizə etibar etmirlər. Hətta bizə qarşı təhqirə də yol verirlər. Bu cür insanlarla nə cür rəftar etmək lazımdır? Bir müsəlman kimi bu məsələdəki öhdəliyimiz nədən ibarətdir?

Cavab: Siz bu məsələyə dair lazımi xəbərdarlıq və məlumatlandırmaları yerinə yetirdiyiniz təqdirdə, öz öhdəliyinizi yerinə yetirmiş hesab olunursunuz. Nəticə etibarilə bunun günahı sizə deyil, qarşı tərəfə aid olur.

Ancaq: “Əşi, bundan mənə nə? Özləri bilərlər!”, – desəniz, günahkar olarsınız. Bunun dəlili isə Quranın Bəqərə surəsinin 182-ci ayəsidir:

“Vəsiyyət edən bir şəxsin günaha batmasından və ya haqsızlığa meyl etməyindən qorxub aralarını düzəltsə, üstündə bir babal qalmaz.” ((Kim də vəsiyyət edənin tərəfgirlik etməsindən və ya günaha batmasından qorxub, varislərin arasını düzəltsə, onun heç bir günahı yoxdur. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir!))

Burada nəzərdə tutulan ənənəvi vəsiyyət deyil; borc etirafı ilə əlaqədardır. Burada deyilir ki, haqsızlıq ehtimalına qarşı araya girən şəxs borc etirafı etməsin. Yaxud da borclu olduğu şəxsin alacağından daha az və ya çox vəsiyyət etməsin.

Bir sözlə, Allah Təala buyurur ki, araya girib vəziyyəti düzəldən şəxsin bir günahı olmaz. Eyni məsələ digər münasibətlər üçün də bir misaldır. Odur ki, bu məsələdə araya girib vəziyyəti düzəltməyə çalışanlar öz dini öhdəliklərini yerinə yetirmiş hesab edilirlər. Əgər bütün xəbərdarlıqlara qarşı o biri tərəf buna məhəl qoymursa, bir problem yoxdur. Çünki araya girən şəxs öz vəzifəsini yerinə yetirmişdir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.