Müsəlmanlar
Buğra adının mənası nədir? Oğlan uşağına qoymaq olar?

Buğra adının mənası nədir? Oğlan uşağına qoymaq olar?

Sual: Oğlan uşağına Buğra adı qoymaq olar? Bunda dini cəhətdən bir eyib var? Quranda belə bir söz var?

Cavab: Buğra sözü Türk dilində “erkək dəvə” mənasını verir. Oğlan uşaqlarına bu adı qoymağın dini cəhətdən bir eybi yoxdur. Bununla belə, bu ad ölkəmizdə geniş yayılmış adlardan biri deyil.

Quranda Buğra sözü yoxdur. Lakin bəzi şəxslər elə güman edirlər ki, var. Onlar Furqan surəsinin 18-ci ayəsi və Fəth surəsinin 12-ci ayəsində qeyd edilən Bura (بُورًا) sözü ilə Buğra sözünü qarışıq salırlar. Halbuki Quranda bu söz cəm formada işlədilir və “bərəkətsizlər, həlak olmağa layiq olanlar” mənasını daşıyır. Bunlar mənfi mənalardır. Buğra adı ilə heç bir əlaqəsi yoxdur.

Bu məsələdə bunları nəzərə almaq lazımdır: Uşağa ad qoymaq üçün Quranda hansısa bir sözü axtarmaq lazım deyil. Belə bir şərt yoxdur. Əlavə olaraq, Qurandakı hər söz uşaqlara ad ola bilməz.

http://www.muselmanlar.com/fitvalar/adlar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.