Müsəlmanlar

Əri ölən qadın 4 ay 10 gün ərzində evdən bayıra çıxa bilməz?

Sual: Mənim bir qohumum bundan 10 gün əvvəl atasını avariyada itirdi. Onların evinə bir qadın gəlib və deyib ki, mərhumun arvadı 4 ay 10 ərzində heç cür evdən bayıra çıxa bilməz. Dediyinə görə bu barədə Quranda ayə var imiş. Bu söz nə dərəcədə düzgündür?

Cavab: Quranda əri ölən qadınların vəziyyəti ilə əlaqədar olaraq belə deyilir:

“Sizin aranızdan ölənlərin qoyub getdikləri arvadları öz başlarına 4 ay 10 gün gözləsinlər. Müddətlərinin sonuna çatdıqda özləri barədə mərufa müvafiq qaydada gördükləri işdə sizə bir günah yoxdur. Allah sizin etdiyiniz hər şeyin əslini bilir.” (Bəqərə, 2/234)

Bu ayədən açıq-aydın məlum olur ki, əri ölən qadınlar 4 ay 10 gün iddə gözləməlidirlər. Bu müddət başa çatmadan qadın başqa bir kişiyə ərə gedə bilməz. Qadağa sadəcə olaraq bundan ibarətdir; evlilikdən savayı bir qadağa yoxdur.

İddə gözləyərkən evdən çıxmaması tələb olunan qadınlar əri tərəfindən boşanan qadınlardır. Əlavə olaraq, bu halda qadınların evdən çıxmamağı evlərini tamamilə tərk etməməkləri deməkdir. Halbuki onlar da iddə gözləyərkən hər hansı bir ehtiyac üçün evdən çıxa bilərlər.

Bu məsələ ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidə baxın:

http://www.muselmanlar.com/fitvalar/2780.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.