Müsəlmanlar
İnternet vasitəsilə qızıl alıb satmaq düzgündür?

İnternet vasitəsilə qızıl alıb satmaq düzgündür?

Sual: İnternet vasitəsi ilə qızıl alıb satmaq və beləcə, bu işdən pul qazanmaq dini cəhətdən düzgündür?

Cavab: Əgər alış və satış nağ yolla həyata keçirilirsə və qızıl fiziki olaraq alınırsa, yaxud da bank hesabına qeyd edilirsə, olar. Əks halda, bu cür bir əməliyyat düzgün deyil; çünki faiz olur. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) qızıl alış-satışının nağd və dərhal təhvil alınmalı olduğunu bildirib. Yəni, o, bunun şərt olduğunu demişdir:

“Qızıl müqabilində qızıl, gümüşün əvəzinə gümüş, buğda yerinə buğda, arpa müqabilində arpa, xurmanın əvəzinə xurma və duzun müqabilində duz misli mislinə və nəğd olur. Kim artırsa, yaxud artığını istəsə, faiz yeyir. Bu işdə alan da, verən də birdir.” ((Müslim, Müsəqat, 81 (1583).))

Bu məsələyə dair ətraflı məlumat aşağıdakı keçidlərdədir:

http://www.muselmanlar.com/fitvalar/kredit-karti

http://www.muselmanlar.com/fitvalar/faiz

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.