Müsəlmanlar
Ticarət mərkəzlərində tirajla verilən hədiyyələr qumar hesab olunur?

Ticarət mərkəzlərində tirajla verilən hədiyyələr qumar hesab olunur?

Sual: Mən ticarət mərkəzlərinin birindən pal-paltar aldım. Mənə bunun müqabilində maşın kuponu verdilər. Əgər mən həmin maşını udsam, ala bilərəm? Yoxsa bu da qumardır və haram hesab olunur?

Cavab: Əgər vəziyyət sualınızda qeyd etdiyiniz kimidirsə, yəni, hədiyyə kuponu üçün əlavə bir məbləğ tələb olunmursa, bu, qumar hesab edilmir. Çünki sizdən təkcə aldığınız şeylərin pulu alınır.

Ticarət mərkəzinin maşın hədiyyə etdiyi şəxsləri püşkatma yolu ilə müəyyənləşdirməyi bu işi qumar halına gətirmir. Əgər aldığınız malların qiymətindən əlavə bir məbləğ ödəyib uduşda iştirak etmək məqsədilə kupon alırsınızsa, bu, qumar olur.

Buna oxşar bir sual və cavabı ilə burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1746.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.