Müsəlmanlar
Bir qəzet öz oxucularını kupon və püşkatma ilə Ömrə ziyarətinə apara bilər?

Bir qəzet öz oxucularını kupon və püşkatma ilə Ömrə ziyarətinə apara bilər?

Sual: Keçən il bir qəzet öz abunələrindən 100 nəfəri Ömrə ziyarəti üçün Səudiyyə Ərəbistanına apardı. O vaxt Ömrəyə gedənlər püşkatma yolu ilə müəyyənləşdirildilər. Kim 49 kupon yığıbsa, həmin püşkatmada iştirak etmək hüququ qazandı. Sualım belədir: Bu və bu kimi məsələlər dini baxımdan necə qiymətləndirilir?

Cavab: Əgər oxucu o kuponlar üçün əlavə bir şey ödəmirsə, yəni, sadəcə olaraq qəzet pulunu ödəyirsə, bu məsələdə bir problem qalmır. Ömrəyə gedən 100 nəfərin püşkatma yolu ilə müəyyən edilməsi bu işi bəxt (şans) oyunları halına gətirmək demək deyil. Amma əgər qəzet pulundan əlavə bir məbləğ ödəmək tələb olunursa, o halda bu iş qumar hesab edilir.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.