Müsəlmanlar

Kişi öldü. Anası, 1 oğlu, 3 qızı qaldı. Mirası nə cür pay olunmalıdır?

Sual: Ölən adamın anası sağdır. 3 qızı və 1 oğlu qalıb. Anası onun mirasından nəsə ala bilər? Ümumiyyətlə bu vəziyyətdə mirası nə cür bölüşdürmək lazımdır?

Sual: Ölən adamın anası sağdır. 3 qızı və 1 oğlu qalıb. Anası onun mirasından nəsə ala bilər? Ümumiyyətlə bu vəziyyətdə mirası nə cür bölüşdürmək lazımdır?

Cavab: Hazırki qanuna əsasən insanın uşaqları və ya nəvələri varsa, ata-anası ona varis ola bilmirlər. Lakin İslam hüququna əsasən ölən və özündən sonra miras qoyanın ata-anası bütün hallarda (onun özünün uşaqları olsa da, olmasa da) ona varis ola bilirlər.

Bununla əlaqədar Quran ayəsi belədir:

“Əgər ölənin övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi malının altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına mirasının üçdə bir hissəsi düşür. Əgər ölənin qardaşları (və ya bacıları) varsa, onun anasına mirasının altıda bir hissəsi düşür.” (Nisa, 4/11)

Bu ayəyə əsasən miras 6 yerə bölünməlidir. 1 hissəsi ölənin anasına, 1 hissə qızlarına, 2 hissə də oğlan uşaqlarına verilməlidir: 1+ (1+1+1)+2= 6

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.