Müsəlmanlar
Bayramın hər günü qurban kəsmək olar?

Bayramın hər günü qurban kəsmək olar?

Sual: Qurbanlıq heyvanı qurban bayramının hər günü kəsmək olar? Əlavə olaraq, uşaqlar üçün də qurban kəsilməlidir?

Cavab: Təbii ki, kəsmək olar. Qurana əsasən gün gündüz vaxtı başlayır. Bu barədə belə deyilir:

“Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir”. (Yasin, 36/40)

Gecə gündüzü keçə bilmədiyinə görə əvvəlcə gündüz, sonra gecə gəlir.

Bizdə bu məsələ ilə əlaqədar səhv bir tutum var. Misal üçün, əgər günəş batdıqda gün başa çatırsa, qurbanı nə üçün günəş qürub etdiyi vaxt kəsmirsiniz? Qurban bayramını nə üçün günəş batandan sonra dərhal qılmırsınız?

Gün günəşin çıxması ilə başladığına görə qurban bayramı (Həcc surəsindəki “məlum günlər” ifadəsini yada salın) o gün günəş doğulduğu vaxtdan etibarən başlayır. Namaz isə günəş doğduqda qılınmır, duha vaxtı deyilən vaxtda qılınır. Yəni, günəş üfüqdə təqribən 5 dərəcə yüksəldiyi vaxt qılınır. Çünki o vaxt kərahət vaxtı keçib getmiş olur. Bu vaxt bayram namazı qılınır, sonra da qurban kəsilir.

 Həcdə bütün bunları rahatlıqla yaşamaq mümkündür. Misal üçün, Ərəfə günü ertəsi günün sübhünə qədər davam edir. Odur ki, bir nəfər sübhə qədər Ərəfatdan keçsə, Ərəfat vəqfəsini yerinə yetirmiş hesab olunur. Müzdəlifə vəqfəsi üçün də eyni hal qüvvədədir. Bu, kitablarda qeyd olunub. Amma: “Bu, sadəcə ona məxsusdur”, – deyə, bir qeyd də var.

Nəticə olaraq, qurban bayramın 4 günündə də kəsilə bilər.

Uşaqlar isə dini cəhətdən məsul hesab olunmurlar. Ona görə də onlara qurban kəsmək lazım deyil.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.