Müsəlmanlar

Qadın sırğa taxmaq üçün qulaqlarını deşdirə bilər?

Sual: Məlumdur ki, qadınlar zinət əşyası kimi sırğa taxırlar və bu məqsədlə qulaqlarını deşdirirlər. Bu məsələdə dini cəhətdən nəsə bir eyib var?

Cavab: Qadının və ya qız uşaqlarının sırğa taxmaq üçün qulaqlarını deşdirməklərində dini cəhətdən bir problem yoxdur. Bu barədə qadağan edici bir dəlil yoxdur; sağlamlıq baxımından hər hansı bir zərəri olmayan bu kimi məsələlərdə İslam hüququndakı “Əşyada əsl olan ibahədir” qaydası qüvvəyə minir. Bir sözlə, bu, dini baxımdan məqbul hesab edilir.

Əslində bu məsələdə insanları düşündürən məqam budur: Qüsl etdikdə sırğa üçün nəzərdə tutulan deşiklər də yuyulmalıdır, yoxsa yox? Bu sualla əlaqədar cavabımızı aşağıdakı keçiddən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3109.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.