Müsəlmanlar
Ana uşağını 2 ildən artıq əmizdirə bilər?

Ana uşağını 2 ildən artıq əmizdirə bilər?

Sual: Quranda deyilir ki, analar uşaqlarını 2 il əmizdirməlidirlər. Görəsən, bu müddəti keçmək olar? Tutalım ki, uşaq nadincdir və həmin müddət ərzindən süddən kəsilməyib. Əgər anasından 2 il deyil, daha artıq süd əmsə, dini cəhətdən bir problem olar? Belə edən valideynlər günaha batarlar?

Cavab: Sizin də qeyd etdiyiniz kimi, Qurandakı südvermə müddəti 2 ildir. Yəni, 24 qəməri aydır.

Hənəfi məzhəbi bu müddətdən artıq süd əmməyi haramlıqla əlaqədar açıq-aydın bir hökm olmadığı halda, haram hesab edir. Ancaq mən Quran və Sünnədə bu müddətdən artıq süd verməyi qadağan edən bir hökm görməmişəm.

Burada əsas məsələ həmin müddət ərzində süd qohumluğunun yaranması, müddət başa çatdıqdan sonra da yaranmamağıdır. Bir sözlə, ananın uşağını əmizdirmək öhdəliyi 2 ildir. Davam etdiyi təqdirdə haramlığına dair bir hökm yoxdur. Amma hənəfilər buna haram deyirlər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.