Müsəlmanlar
“Alimin yuxusu cahilin ibadətindən xeyirlidir” hədisi mötəbərdir?

“Alimin yuxusu cahilin ibadətindən xeyirlidir” hədisi mötəbərdir?

Sual: Deyilənə görə belə bir peyğəmbər hədisi var: “Alimin yuxusu cahilin ibadətindən xeyirlidir.” Əgər belə bir hədis həqiqətən də, varsa, mötəbərdir?

Cavab: Qeyd etdiyiniz hədis rəvayəti aşağıdakı kimidir:

نوم العالم خير من عبادة الجاهل

Alimin yuxusu cahilin ibadətindən xeyirlidir.”

Bu söz Muhəmməd peyğəmbərə (s. a. v.) nisbət olunan bir rəvayət kimi hədis kitablarında qeyd olunmur. Eyni zamanda əshabə və tabein sözü kimi kəlami-kibar da deyil.

Hədis mənbələrində bildirilir ki, “Alimin ibadəti xeyirlidir” rəvayəti əsilsizdir. Əlavə məlumat üçün baxın: Əliyyu-l-Qari, əl-Əsraru-l-mərfua fi-l-əhadisi-l-mövzua, təhqiq edən Muhəmməd Lütfi əs-Səbbağ, 2-ci nəşr, Beyrut, 1986-cı il, s. 374, hədis nömrəsi 567.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.