Müsəlmanlar
Peyğəmbərin bağışlanma üçün duası hansı məqsədi daşıyır?

Peyğəmbərin bağışlanma üçün duası hansı məqsədi daşıyır?

Sual: Nisa surəsinin 64-cü ayəsini nə cür başa düşmək lazımdır? Bəzi təriqətlərin nümayəndələri bu ayəni çox işlədirlər.

Cavab: Həmin ayənin tərcüməsi aşağıdakı kimidir:

“Biz hansı elçini göndərdiksə, bizim məlumatımız daxilində ona boyun əyilsin deyə, göndərdik. Onlar özlərini pis vəziyyətə saldıqda sənin yanına gəlsələr və (sənin hüzurunda) Allahdan bağışlanma diləsəydilər, sən də onların əfv olunmağı üçün dua etsəydin ((Ayənin əsl mənası “Elçi də onların bağışlanmağı üçün dua etsəydi” formasındadır. “Sən də onların bağışlanmağı üçün dua etsəydin” ifadəsinin əvəzinə belə deyilməyi Ərəb ədəbiyyatındakı iltifatdan irəli gəlir. Bu ifadə tərzi Ərəb dilində zənginlik olduğu halda, bizim dilimizə tərcümədə təəccüb hissi yaradır. Çünki bizim dilimizdə belə bir qayda yoxdur. Ona görə də ayəyə cümlənin axarına əsasən tərcümə-məna verilib.)) , o vaxt Allahın tövbələri qəbul etdiyini və nə qədər rəhmli olduğunu əlbəttə, görəcəkdilər.”

Tövbə qayıtmaq deməkdir. İnsanın öz günahlarına görə peşman olmağı və bir də o günahı etməmək qərarına gəlməyi tövbə deməkdir. Allahdan bağışlanma diləməyi isə itiğfar adlandırılır. Bu, onun tək başına gördüyü bir işdir. Ona görə də Quranın tövbə ilə əlaqədar buyuruqları birbaşa günahkarlara müraciət edir. Çünki bizim dinimizdə xristianlıqdakı kimi günah çıxartmaq yoxdur. Tövbə etmək üçün hansısa din xadiminin yanına getmək də lazım deyil:

http://www.muselmanlar.com/fitvalar/1612.html

Yuxarıdakı ayə tövbə və istiğfardan bəhs edir. İnsanların səhv bir hərəkət etdikləri vaxt peyğəmbərin (s. a. v.) yanına getməyi onların peşman olmağı deməkdir. Bu, bir tövbədir. Allahdan onları bağışlamağı diləməkləri də istiğfardır. Peyğəmbərin bağışlanma diləməyi isə onlar üçün Allaha dua etməyi deməkdir. Allahın elçisinin (peyğəmbər) duasını almaq çox gözəl bir haldır. Deməli, burada hansısa vasitəçilikdən söhbət gedə bilməz.

Allah Quranda belə buyurur:

“Bil ki, Allahdan başqa tanrı yoxdur! Sənin öz günahın üçün, mömin kişi və mömin qadınların günahları üçün Allahdan bağışlanma dilə. Allah gəzdiyiniz yeri də, dayandığınız yeri də bilir.” (Muhəmməd, 47/19)

Bu məsələ ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı mənbəyə müraciət edə bilərsiniz:

http://www.muselmanlar.com/kitablar/4357.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.