Müsəlmanlar
3 mənzilin zəkatı nə cür hesablanır?

3 mənzilin zəkatı nə cür hesablanır?

Sual: Mənim 3 evim var. Bunun zəkatını nə cür hesablamalıyam?

Cavab: Birdən artıq ev adətən ya kirayəyə verib xeyir götürmək, ya da satmaq üçün alınır. Buna əsasən satmaq məqsədilə alınan evlər boş qalsa belə, yiyəsinə neçəyə başa gəlibsə, o qiymətdən zəkatı hesablanır və verilir. Daha doğrusu, verilməlidir.

Satmaq məqsədi olmadan alınmış evlərdən isə zəkat vermək lazım deyil. Belə evlərin illik qazancı digər gəlirlərə əlavə olunur. Zəkat bütün gəlirlərin yekunundan verilir. Yəni, belə edilməlidir.

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa cavabla da tanış olun:

http://www.muselmanlar.com/fitvalar/616.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.