Sual: Yaxşı məlumdur ki, çox adam diri balığı xoşlayır. Diri balıq satılan yerlərdə balığı alıcının istəyinə əsasən sudan çıxardırlar. Sonra ölsün deyə, başına ağac və ya buna oxşar bir şeylə vururlar. Sonra da kloka qoyub satırlar. Tam ölmədən qaba qoyulub bişirilən balıq və digər dəniz məhsullarını yemək olar? Bir də dənizdə ölən balıqları yemək olar?
Cavab: Bəli, bəzən sudan çıxan balıqlar ora-bura tullanmasın deyə, başından vurub öldürürlər. Sonra da bir qaba atıb bişirirlər. Balığa qarşı bu cür rəftar düzgün deyil. Daha açıq desək, ona əziyyət və günahdır.
Bununla belə, balığı başından vurub öldürmək o balığı yeməyə mane olmur. Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı qısa cavabları oxuyun:
http://www.muselmanlar.com/fitvalar/2074.html
http://www.muselmanlar.com/fitvalar/2072.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.